Haqqımızda
Biznes yükləri ilə işləyirik: təchizatçıdan qəbul, beynəlxalq daşınma və istəsəniz, gömrük rəsmiləşdirilməsi.
TuranPost Azərbaycandakı şirkətlərin Çin, Türkiyə və Amerikadan gələn yüklərini daşıyır.
Yükü təchizatçınızdan qəbul edir, daşınmanı təşkil edir və seçdiyiniz xidmətə görə gömrük prosesini də öz üzərimizə götürürük. Yük Bakı anbarında sizə təhvil verilir.
Qiymət hesablama qaydalarını açıq yazırıq: faktiki və həcm çəkisi, çəki aralıqları, minimum məbləğ. Kalkulyator da eyni qaydalarla işləyir — gördüyünüz rəqəmin necə yarandığını bilirsiniz.
Necə işləyirik
- 01
Üç istiqamət, bir ünvan
Çin, Türkiyə və Amerikadan Azərbaycana Express və Standart daşınma. Digər ölkələrdən — fərdi sorğu ilə.
- 02
Gömrük — sizin seçiminiz
Daşınma və ya Daşınma + Gömrük (Karqo). İkinci modeldə bir vahid tarif və bir ümumi məbləğ görürsünüz.
- 03
Qiymət əvvəlcədən
Yük məlumatlarını daxil edin, ilkin qiyməti qeydiyyatsız görün və həmin məlumatlarla sorğu göndərin.
Ofislər
Əlaqə üçün: [email protected]
- AZ
Azərbaycan
Bakı
- CN
Çin
- US
Amerika
- TR
Türkiyə